AZ

ÜST: Koronavirusa yoluxanların sayı bir milyona çatacaq

e01c1d4c04f41f982ff450463dd79531.jpg
02.04.2020 10:38

Hazırda dünyada 850 min koronavirus daşıyıcısı var 

 

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adan Qebreyesus dünyada koronavirusun sürətlə yayılacağını deyib.

 

TED.az xəbər verir ki, ÜST rəhbəri növbəti həftə ərzində ölənlərin sayının ikiqat artacağını bildirib. 

 

O əlavə edib ki, yaxın günlərdə virusdan ölənlərin sayı 50 minə, yoluxanların sayı isə milyona çatacaq.

 

Qebreyesus qeyd edib ki, bu günə qədər Afrika və Latın Amerikasında təsdiqlənmiş koronavirusa yoluxma hadisələri nisbətən az saydadır: "Virus yenə də əsasən, Avropa dövlətlərində daha çox yayılıb".

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox