AZ

GÜNÜN RƏQƏMİ: COVID 19 pandemiyasına görə Microsoft-un bulud xidmətlərinə nə qədər yüklənmə olub?

01f683521151dd4d78d2de09089d12a6.jpg
02.04.2020 11:22

Microsoft şirkəti dünyada cərəyan edən koronavirus pandemiyasına görə, bulud xidmətlərinin nə qədər yükləndiyini açıqlayıb.

 

TED.az xəbər verir ki, şirkətin təqdim etdiyi rəqəm olduqca böyükdür.

 

Əsas yüklənmə insanların izolyasiya olunduğu üç region üzrə qeydə alınıb. Windows Virtual Desktop istifadəçilərinin sayı isə üç dəfə artıb. Eyni zamanda, Microsoft Teams, Xbox Game Pass, Xbox Live və Mixer istifadəçilərinin də sayı rekord həddə çatıb. 

 

Ümumilikdə, Microsoft şirkətinin bulud xidmətləri 775% yüklənib. Şirkət yüklənməni bir qədər azaltmaq üçün müvəqqəti olaraq, profildə şəkil dəyişməyi dayandırıb. Həmçinin Microsoft oyun şirkətləri ilə danışıqlar aparıb bəzi saatlarda yeni oyunların yayımlanmasına çalışır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox