AZ

Google bu tələbələrə kompüter hədiyyə edəcək

cd75cec04a1245333113cab0d058a811.jpg
02.04.2020 11:08

Koronavirusa görə əksər ölkələrdəki tələbələr məsafədən təhsil alırlar. Google belə tələbələrə kömək edəcəyini bildirib.

 

TED.az xəbər verir ki, şirkət rəsmiləri Kaliforniyadakı tələbələr üçün yardım ayıracaqlarını bildiriblər. Kompüterə ehtiyacı olan 4000 kaliforniyalı tələbəyə isə Chromebook hədiyyə ediləcək. Bundan əlavə, 100 min şəxs ödənişsiz internetlə təmin olunacaq.

 

Xatırladaq ki, Google bir neçə gün öncə koronavirusa görə yeni portal yaradacağını bildirib. Şirkət bununla yanaşı, 800 milyon dollar büdcə də ayırıb.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox