AZ

Bu mobil şirkətin Azərbaycan üzrə bazar payı azalı

9491729c5465b92b7851b6a53bbedcf9.jpg
02.04.2020 11:43

Samsung şirkətinin qlobal miqyasda Azərbaycan üzrə bazar payı azalıb.

 

TED.az xəbər verir ki, bu haqda "Global Stats" analitik şirkətinin məlumatında deyilir.

 

Məlumata görə, bu ilin mart ayında Samsung şirkətinin Azərbaycan üzrə bazar payı 50,18% olub. Bu rəqəm fevral ayı ilə müqayisədə 2,11% azdır. 


Qeyd edək ki, fevral ayında sözügedən şirkətin ölkəmiz üzrə bazar payı 52,29% olaraq qeydə alınıb.

 

Xiaomi, Apple və Huawei şirkətlərinin Azərbaycan üzrə bazar payında isə əksinə artım müşahidə olunur.

 

Mart ayında Xiaomi şirkətinin Azərbaycan üzrə bazar payı 23.66%, Apple-ın 14.12%, Huawei-in isə 4,7% olub. Hər üç şirkətin bazar payında fevral ayına nisbətən ardıcıl olaraq, 1,53%, 2,12%, 0,04% artım qeydə alınıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox