AZ

Bu qədər avtomobil postlardan geri qaytarılıb

5cbb530a80b329b333368156c895bf8b.jpg
02.04.2020 11:51

Bu günədək 16256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

 

TED.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər.

 

“Ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 19.03.2020-ci il tarixdən 02.04.2020-ci il 08:00-dək 8685 nəqliyyat vasitəsinin rayon, 24.03.2020-ci il tarixdən 02.04.2020-ci il 08:00-dək isə 6380 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib”, - deyə məlumatda qeyd olunur.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox