AZ

Kompüterlərin Azərbaycan üzrə bazar payı azalıb 

0827350d6f04fb78b660d158a9f72cc8.jpg
02.04.2020 12:22

Mobil cihazların Azərbaycan üzrə bazar payı artıb. Mart ayının göstəricilərinə görə, mobil telefonların qlobal miqyasda Azərbaycan üzrə bazar payı 57,29% olub.

 

TED.az xəbər verir ki, bu haqda "Global Stats" analitik şirkətinin məlumatında deyilir.

 

Bu rəqəm fevral ayı ilə müqayisədə 1,41% çoxdur. 

 

Məlumata əsasən, kompüterlərin Azərbaycan üzrə bazar payında azalma qeydə alınıb. Fevral ayında bu cihazların ölkə üzrə bazar payı 42,99%, mart ayında isə 41,41% olub.

 

Planşetlərin göstəricilərində cüzi artım var. Fevral ayında 1,13% olan göstərici mart ayında 1,3%-ə qalxıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox