AZ

Pandemiya mobil tətbiq bazarında nələri dəyişəcək? – TƏXMİNLƏR

ed65d58daa241245075585d397afa7ac.jpg
02.04.2020 15:43

2024-cü ildə mobil tətbiqlərdən əldə edilən gəlir iki dəfə artacaq.


TED.az xəbər verir ki, koronavirus pandemiyası mobil tətbiq bazarında canlanmaya, gəlirlərin xeyli artmasına səbəb olub. 

 

Ötən il mobil tətbiq bazarındakı gəlirlərdən əldə olunan 85 milyard dollar gəlirin 2024-cü ildə 171 milyard dollara çatacağı təxmin edilir. 


Bununla yanaşı, App Store və Google Play mağazaları ən ləng inkişaf etdikləri ölkələrdə belə, ötən illə müqayisədə 80% çox gəlir əldə edəcəklər. Mobil tətbiqlərin beynəlxalq xərcləri isə 20% artaraq 102 milyard dollara çatacaq. 


Xüsusilə də mobil oyun tətbiqlərindən əldə edilən gəlirlərin artacağı bildirilir. Təxminlərə görə, Google Play Store oyunları 41, App Store-dəki oyun tətbiqləri isə 57 milyard dollar gəlir əldə edəcək.


Bu gəlirləri təmin edən 5 əsas ölkə isə Çin, Amerika, Yaponiya, İngiltərə və Tayvan olacaq.

Dünya bölməsindən digər xəbərlər

Daha çox