AZ

Teledərslərin aprelin 3-nə olan cədvəli açıqlanıb

3d9bcc0fca884c95b9844d811b80b2f8.jpg
02.04.2020 17:30

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 3-nə olan cədvəli açıqlanıb.


TED.az cədvəli təqdim edir: 


Azərbaycan bölməsi 


Saat 10:00-da Fiziki tərbiyə, 10:20-də XI sinif üzrə Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix, Ədəbiyyat, 11:05-da VIII sinif üzrə Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix, 11:45-də X sinif üzrə Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix, 11:55-də IV sinif üzrə Azərbaycan dili, Riyaziyyat, Musiqi, 12:20-də III sinif üzrə Azərbaycan dili, Musiqi, 12:50-də isə II sinif üzrə Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi, 13:10-da I siniflər üçün Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi fənlərindən dərslər nümayiş olunacaq.


Rus bölməsi 


Saat 14:00-da IV sinif üzrə Rus dili, Riyaziyyat, Həyat bilgisi, 14:25-də VIII sinif üzrə Kimya, Biologiya və Coğrafiya, 14:55-də IX sinif üzrə Kimya, Biologiya, Coğrafiya, 15:30-da isə X sinif üzrə Kimya, Riyaziyyat və Coğrafiya dərsləri yayımlanacaq.


“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı Feysbuk səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının Feysbuk səhifəsindən, həmçinin, Təhsil Nazirliyinin videodərslər portalından izləmək imkanı əldə edə bilərlər.

 

TED + bölməsindən digər xəbərlər

Daha çox