AZ

Bu tələbələr SMART kart olmadan təqaüdlərini ala biləcəklər 

 

c6fc60420ed21caec845c270b3d94177.jpg
02.04.2020 18:15

UNEC rektoru Ədalət Muradov bir sıra qərarlar qəbul edib. Rektor ilk olaraq kollokviumları ləğv edib.


TED.az xəbər verir ki, kollokviumlar ləğv olunsa da, sərbəst işlərin davam etdirilməsi nəzərdə tutulub. 


Bundan əlavə, Elektron kitabxana ilə bağlı işlər görülür, qısa müddətdə bu problem də tələbələrin xeyrinə həllini tapacaq. 


Qərara əsasən, təqaüd kartlarını əldə edə bilməyən tələbələr yaşadıqları əraziyə yaxın olan Kapital Bank filialına şəxsiyyət vəsiqəsini təqdim etməklə, təqaüdlərini nağd şəkildə ala biləcək. 


Sənədlərini vaxtında təqdim etmədiyi üçün SMART kart ala bilməyib, lakin təqaüdə düşmüş tələbələrin sənədləri elektron formada toplanır. Həmin tələbələr kartı olmadan belə Kapital bank filialına yaxınlaşaraq pulunu ala biləcək.


Hazırda imtahanlarla bağlı qərar verilməyib. Bu problem təkcə UNEC-ə yox, bütün ali və orta təhsil müəssisələrinə aid edildiyi üçün bununla bağlı mərkəzləşdirilmiş qərar olacaq. 


Qeyd edək ki, hazırda 2600 nəfər UNEC tələbəsi pulsuz şəkildə "Coursera for Campus" proqramında iştirak edir. Həmin proqramdan Sertifikat qazanan bütün tələbələr Yaz imtahan sessiyasındakı müvafiq fənnlərdən azad olunacaq. Hazırda Rusiya Ali İqtisad məktəbi ilə danışıqlar gedir. Danışıqlar ondan ibarətdir ki, UNEC tələbələri 80 fənn üzrə Rusiya Ali İqtisad Məktəbinin online kursundan pulsuz şəkildə istifadə edəcək, uğurla imtahan verərək sertifikat qazanan tələbələr Yaz imtahan sessiyasından azad olunacaqlar.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox