AZ

Avropada Rusiyanın "Armata" tankına cavab verəcək hərbi maşın hazırlanacaq 

89d5f90a6d105b91efb1c15ff1e7e40f.jpg
02.04.2020 19:00

Sözügedən maşının nümayişi 2027-ci ildə gözlənilir

 

Almaniya parlamenti Avropada Rusiyanın "Armata" tankına cavab olacaq hərbi maşının hazırlanması haqqında qərarı təsdiqləyib.

 

TED.az xəbər verir ki, layihə üzərində Almaniya və Fransa ölkələri işləyəcək.

 

Hərbi layihə MGCS (Main Ground Combat System) adlandırılıb. Sözügedən layihə çərçivəsində tank və piyada döyüş maşını (BMP) üçün modul zirehli platforma yaradılmalıdır. MGCS-in birinci mərhələsində 75 milyon avro xərclənəyi qeyd olunur.

 

2027-ci ildə nümayişi gözlənilən zirehli maşın "Leopard" və "Leclerc" tanklarını əvəz edəcəyi güman edilir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox