AZ

Vətəndaşlar hansı halda SMS göndərmədən evdən çıxa bilər?

ceacbccea89337ba4393ff7cdb0eea52.jpg
02.04.2020 23:12

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə vətəndaşların hansı halda SMS göndərmədən yaşayış yerini tərk edə biləcəyi məsələsinə aydınlıq gətirib.

 

TED.az xəbər verir ki, nazir müavini bildirib ki, 2 əlavə halda vətəndaşlar SMS xidmətindən istifadə etməyə bilər: 

 

"Vətəndaşın həyat və sağlamlığına bilavasitə təhlükəli vəziyyət yaranarsa, yaşayış yerini tərk etmək üçün SMS xidmətindən istifadə etməməlidir.  Belə halda dərhal tərk edə bilər. Məhkəmə və ya hüquq-mühafizə orqanları çağırdıqda SMS xidmətindən istifadə olunmur".

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox