AZ

Videokonfrans xidmətinin istifadəçiləri rekord həddə artdı 

 

cacc8d9c4ecee3e293508b91b465e2b6.jpg
03.04.2020 09:22

Söhbət Zoom proqramından gedir 

 

Videokonfrans xidməti olan Zoom nümayəndələri "COVID-19" pandemiyasına görə istifadəçilərinin rekord sayda artığını açıqladı.

 

TED.az xəbər verir ki, koronavirusa görə bir çox ölkədə həm dövlət, həm də özəl qurum nümayəndələri məsafədən iş rejiminə başlayıblar.

 

Zoom nümayəndələri bu ilin mart ayında istifadəçilərinin 200 milyona çatdığını bildirib: "Ötən ilin dekabr ayında bu rəqəm 10 milyona çatırdı. Komanda olaraq, istifadəçi çoxluğunu nəzərə alıb fasiləsiz xidmət göstərməyə çalışacağıq".

 

Qeyd edək ki, Zoom xidməti uzun zamandır ki, fəaliyyət göstərir. Bu yaxınlarda sözügedən xidmətdə bir neçə boşluq da aşkarlanıb. Əsas boşluq isə istifadəçinin elektron poçt ünvanının və profil şəklinin başqası üçün əlçatan olması idi. Digər tərəfdən isə bu boşluq Zoom istifadəçilərinin şəxsi hesabından tanımadığı şəxslərə zəng getməsinə səbəb olurdu.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox