AZ

Ən populyar brauzerlərin reytinq siyahısı yeniləndi 

95d745efe07fc99210802ab3ad82f938.jpg
03.04.2020 09:35

Internet Explorer-in davamçısı ikinci yerdə qərarlaşıb. 

 

Dünya miqyasında ən populyar brauzerlərin reytinq siyahısı yeniləndi.

 

TED.az xəbər verir ki, bu haqda "Netmarketshare" şirkəti məlumat yayıb.

 

Reytinq cədvəlində ən diqqət çəkən məqam Internet Explorer-in davamçısı olan Microsoft Edge-nin ikinci pillədə qərarlaşması olub.

 

Ümumilikdə isə kompüter üçün brauzerlər sırasında Google Chrome 68,5% bazar payı ilə liderlik edir.

 

Microsoft Edge 7,59%-lə ikinci, Mozilla Firefox isə 7,19%-lə üçüncü olub.

 

Internet Explorer 5,87% bazar payı ilə siyahıda dördüncü yerdə qərarlaşıb.

 

Qeyd edək ki, Microsoft Edge ilə bağlı daha bir maraqlı məqam isə bu yaxınlarda Windows 10 əməliyyat sistemində reklam olunmasıdır. Əgər kompüter istifadəçiləri Mozilla Firefox brauzerindən istifadə edirdilərsə, şirkət sanki "Siz hələ də Firefox istifadə edirsiniz? Microsoft Edge artıq burdadır" deyə istifadəçilərə təsir göstərdi

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox