AZ

Bakcell abunəçilərinə müraciət etdi

4f6964c1d5002b122b36bdfea2761918.jpg
03.04.2020 09:43

Koronavirus pandemiyası ilə mübarizə əksər satış və xidmət obyektlərinin bağlanmasına səbəb olub. Bakcell mobil operatoru bununla bağlı istifadəçilərə müraciət edib.

 

TED.az xəbər verir ki, müraciətdə bəzi Bakcell diler mağazaları və Müştəri Xidmətləri Mərkəzlərinin fəaliyyətinin məhdudlaşması bildirilib. Operator abunəçilərini nömrələri ilə bağlı əməliyyatları Bakı (Sahil ofisi), Sumqayıt, Gəncə və Naxçıvanda yerləşən mərkəzlərində və ya Koroğlu və 20 Yanvar metro stansiyası ətrafında yerləşən "Bravo" supermarketləri daxilindəki Bakcell satış nöqtələrində həyata keçirməyə çağırıb.

 

‌Qeyd edək ki, Bakcell mobil operatoru Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,5 milyon manat ianə ayırıb. Bununla yanaşı, şirkət karantin məntəqələrində çalışan tibb işçilərinə 100 AZN və karantində olan vətəndaşlarımıza isə 50 AZN məbləğində ödəmə kartları göndərərək onlara öz yaxınları ilə ünsiyyətdə qalmaq imkanı yaradıb.

 

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox