AZ

macOS və Windows üçün Feysbuk Messenceri istifadəyə verildi 

 

ab8ed93f767d8beaeab17cf4510f7bf8.jpg
03.04.2020 09:47

Onu yalnız Microsoft Store və ya Mac App Store vasitəsilə yükləmək mümkündür.

 

Feysbuk şirkəti macOS və Windows üçün Messencer tətbiqini istifadəyə verdi.

 

TED.az xəbər verir ki, bu tətbiq masaüstü kompüterlərdə videoçat yaratmağa imkan verir.

 

Feysbuk şirkətinin mütəxəssisləri ötən ay ərzində Messencerdə audio və video məqsədilə masaüstü sistemlərdə brauzerlərdən istifadə edənlərin sayı 100% artıb. 

 

macOS və Windows üçün təqdim edilən bu yenilik istifadəçilərə əlavə brauzerlərdən imtina edərək, rahat və ödənişsiz video zənglərə imkan yaradacaq.

 

Feysbuk Messenceri-nin masaüstü versiyasının üstünlükləri arasında böyük ekranda qrup video zəngləri, əlaqə asanlığı, çoxsaylı dəstək, bildirişlərin mövcudluğu, kompüterlərdə və mobil cihazlarda söhbətləri sinxronizasiya etmək imkanı var. Proqrama qaranlıq rejim və GIF daxildir.

 

Qeyd edək ki, proqramı Microsoft Store və ya Mac App Store-dən yükləmək mümkündür.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox