AZ

Astonavt olmaq üçün 12 mindən çox şəxs müraciət etdi

efb2f0c0c86b588cc30d2b848ceff359.jpg
03.04.2020 09:56

NASA Artemis layihəsi üçün verdiyi elana astronavt olmaq istəyən 12 mindən çox şəxsin müraciət etdiyini bildirib.

 

TED.az xəbər verir ki, NASA bu layihəni 2024-cü ilə qədər həyata keçirməyi planlaşdırır. Şirkət rəsmilərinin sözlərinə görə, müraciət edənlərin əksəriyyəti Amerika vətəndaşlarıdır. Layihə üçün martın 2-də başlanan müraciət vaxtı 31 martda başa çatıb. Yeni astronavtların adlarının 2021-ci ilin əvvəlində açıqlanacağı gözlənilir.

 

Xatırladaq ki, NASA 1960-cı ildən bu günəcən astonavt təhsili üçün 350 tələbə qəbul edib. Təhsil müddətini uğurla başa vuranlar şirkətdə işlə təmin olunurlar.

Dünya bölməsindən digər xəbərlər

Daha çox