AZ

Texnologiya olmayan yerdə virusla mübarizə aparmaqda acizsən - Ekspert

6b232974c1cfec081fba842c070038dd.jpg
03.04.2020 09:59

“Yeni nəsil rəqəmsal dünyaya keçid etmək üçün bizə texnologiyanın qüdrətini göstərməli, ona olan inamı artırmalıdırlar. Kifayət qədər həkimin ola bilər, amma texnologiya olmayan yerdə virusla mübarizə aparmaqda acizsən”.

 

TED.az xəbər verir ki, bunu Elektronika üzrə mühəndis İlkin Nəsirli deyib. 

 

İ.Nəsirli hazırkı vəziyyəti nəzərə alaraq texnologiyanın hansı sahələrə müsbət təsir edəcəyini bildirib: “Rəqəmsal texnologiya günlük mənfəət ilə dolanan insanlar üçün evdən pul qazanmaq şansı verəcək. İnternet üzərindən iş görən şirkətlər daha da böyüyüb inkişaf edib öz qüdrətini göstərəcək. Virusdan müalicə üçün həkimlər heç bir şey edə bilməyəcək, onun da texnoloji həlli olacaq və həmin həll insanlarda inam yaradacaq”. 

 

Mütəxəssis vurğulayıb ki, artıq texnologiya həyatımızın bir parçası yox, biz texnologiyanın bir parçasına çevriləcəyik: “Rəqəmsal dünyanı data ilə qidalandırmalı, ona qulluq etməli, onu inkişaf etdirməliyik. O isə bizi canla-başla idarə etməyinə “Alan Turing”-in canına and içəcək!”

 

 

Fatimə ZÜLFÜQAR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox