AZ

Huawei ABŞ-ın sanksiyalarına görə zərərini açıqladı 

5b656c5ce6e37c8b8e99b6c5c0ebde49.jpg
03.04.2020 10:07

Çinin texnologiya nəhəngi Huawei şirkəti ötən il ABŞ-ın sanksiyalarına görə şirkətə dəyən zərəri açıqladı. 

 

TED.az xəbər verir ki, bu haqda şirkətin nümayəndəsi Eric Xu məlumat yayıb.

 

O bildirib ki, 2019-cu il ərzində Huawei şirkəti 12 milyard dollar zərər görüb: "Lakin bu sanksiya və dəyən zərər şirkətin fəaliyyətinə təsir edə bilmədi. Bildiyiniz kimi ötən ilin may ayında ABŞ Huawei-yə qarşı ticarət sanksiyasına başladı. Bununla da, Huawei yeni smartfonlarına Google xidmətlərini əlavə edə bilmədi".

 

Qeyd edək ki, şirkətin bir müddət əvvəl verdiyi açıqlamaya görə, əsas zərər görən smartfon, kompüter və planşet biznesi olub.

 

Dünya bölməsindən digər xəbərlər

Daha çox