AZ

Rusiya texnoloji cihazlarda əcnəbi proqramları qadağan edəcək

 

f25752b6bb712126aa3df2f49f440966.jpg
03.04.2020 13:49

Rusiya bir müddətdir, ölkədə yerli proqram istifadə etməyən elektronik cihazlardan istifadəni qadağan etmək üçün işlər görür.

 

TED.az xəbər verir ki, Rusiyada satılan elektronik cihazların rus proqram təminatı ilə yüklənərək satılması haqqında qanun gələn il qüvvəyə minəcək. Rusiya artıq bu barədə tədbir görməkdə qəti olduğu üçün qanunun qəbulunu 2021-ci ilin yanvarına saxlayıb. 

 

Qanunun hansı növ texnoloji cihazlara aid ediləcəyi, hansı şərtlərə əsaslanacağına isə Rusiya hökuməti qərar verəcək. Qanuna əməl etməyən şirkətlərə pul cəriməsi kəsiləcək.

 

Xatırladaq ki, Rusiyada yerli əməliyyat sistemi və proqramların tətbiqi bir müddət öncə də gündəmə gəlmiş, amma Apple, Samsung və Huawei buna qarşı çıxmışdılar.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox