AZ

Elektron sistemdən icazəni necə almaq lazımdır? - AÇIQLAMA

 

8f792458a27a10c0049e1638569ebc25.jpg
03.04.2020 13:19

"Fəaliyyətinə icazə verilən əməkdaşların icazəsi üçün ilk növbədə dövlət və özəl təşkilatların möhür səlahiyyətli şəxsi “ASAN Login” vasitəsi ilə icaze.e-gov.az portalına daxil olmalıdır. Sistemə giriş “ASAN Login”də mövcud olan “Asan İmza” və “Elektron İmza” vasitəsilə mümkündür. Sistem açıldıqdan sonra sol tərəfdə yerləşən menyuda “İcazələr” düyməsi sıxılır və açılan pəncərədə “Yeni” düyməsinə klik edilir. Açılan birinci xanaya icazə veriləcək məsul şəxsin FİN-i daxil edilir və axtar düyməsi sıxılır, şəxsin fərdi məlumatları avtomatik olaraq müvafiq xanalarda əks olunur. Bundan sonra digər xanalar, həmçinin “Nəqliyyat vasitəsi barədə məlumatlar” və “İcazə barədə məlumatlar” müvafiq olaraq daxil edilərək “Yadda saxla” düyməsi sıxılır. Forma tam doldurulduqdan və məlumatlar yenidən yoxlanıldıqdan sonra “Təsdiqlə” düyməsi sıxılır".

 

TED.az xəbər verir ki, bu haqda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib.

 

Sədr müavini qeyd edib ki, "Təsdiqlə” düyməsi sıxıldıqdan sonra məlumatlar avtomatik olaraq Daxili İşlər Nazirliyinə göndərilir və həmin müraciət üzərində dəyişikliklər etmək mümkün olmur: ""Təsdiqlə” düyməsi sıxılmayıbsa, “İcazələr” bölməsində əks olunan həmin icazə məlumatları “Redaktə” və “Sil” düymələrinin köməkliyi ilə müvafiq olaraq dəyişdirilə və ya sistemdən silinə bilər. Müraciətlər tamamlandıqdan sonra əsas səhifədə icazə verilmiş əməkdaş və nəqliyyat vasitələrinin sayı əks olunur. “İcazələr” bölməsində sətirlər üzrə əks olunan icazələrin üzərinə klik etməklə onların mövcud statusu barədə məlumat əldə etmək olar. Bundan əlavə möhür səlahiyyətli şəxs sol tərəfdən yerləşən “Səlahiyyətlərin verilməsi” düyməsini klik etməklə açılan pəncərədə “Əlavə et” düyməsini sıxaraq sistemdən istifadə üçün digər şəxsə səlahiyyət verə bilər. Bunun üçün səlahiyyət vermək istənilən şəxsin FİN və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil edərək “Yadda saxla” düyməsini sıxmaq kifayətdir".

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox