icaze.e-gov.az portalından istifadədə çətinliklər var - SƏBƏB
Məlum olduğu kimi, "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin 2 fərqli modulu yaradılıb. Bu modullardan biri - icaze.e-gov.az saytı bu gün saat 10:00-dan etibarən aktivləşdirilib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin direktor müavini Ceyhun Salmanov bildirib ki, 2 saat ərzində 3500-dən çox sirkətin 6500-ə qədər əməkdaşının qeydiyyatı artıq sistemdə aparılıb.
TED.az xəbər verir ki, sistemdə yaranan problemlərlə də bağlı məsələyə aydınlıq gətirən sədr müavini bunları bildirib: “Qeyd edim ki, bu sayt yalnız dövlət qurumları, habelə özəl təşkilatlar üçün nəzərdə tutulur. Düzdür, hazırda saytda yüklənmə olduğunu bilirik. Bunun səbəbini daha çox sadə vətəndaşların icazə almaq üçün bu sayta müraciətlər etmələrində görürük. İnanırıq ki, qadağaların tətbiq edildiyi günə, ayın 5-nə qədər bütün problemlər aradan qaldırılacaq. Sayt hazırda işləkdir, sadəcə yüklənmə var. Vətəndaşların fərdi qaydada evdən çıxmaları isə yalnız müvafiq icazə kodunun SMS vasitəsilə 8103 nömrəsinə göndərilməsi ilə təmin ediləcək. Bu sistem 5 aprel tarixindən etibarən işə düşəcək.
"İcazələrin Alınması və Monitorinqi Sistemi"ndə (icaze.e-gov.az) isə yüklənmə hal-hazırda da davam edir. Sistemdən qeydiyyatdan keçmək istəyən şirkət nümayəndələri bir əməkdaşlarını qeydiyyatdan keçirmək üçün təxminən 30 dəqiqə vaxtın sərf edildiyini qeyd edirlər. Həmçinin icazəni alıb və ya ala bilmədikləri barədə də məlumatı görə bilmirlər.
İKT üzrə jurnalis-ekspert Rəşad Cəfərov sistemin fəaliyyətinin təşkili üçün əvvəlki nümunələrdən dərs almağımızı vacib sayır: “Bu tip sistemlərin fəaliyyəti ilə bağlı artıq bir neçə dəfə ciddi problemlərlə rastlaşmışıq - MİDA-nın sosial evlərlə bağlı, eləcə də kirayə evlərlə bağlı olan sistemlər. Hər dəfə də müraciət sayının çox olması ilə əlaqədar yüklənmələr yaranıb və sistem çöküb. İnanmaq istərdim ki, bu dəfə vətəndaşlarımız belə bir hadisə ilə qarşılaşmazlar. Əvvəlki hadisələrdən dərs götürmüş olarıq. İndiki vəziyyətdə nə vətəndaşlara, nə də bu sistemin fəaliyyətini təşkil edən qurumlara bu, lazım deyil. Sistem bir neçə qurumun məlumatları əsasında inteqrasiya şəraitində işləyir. Sistemə inteqrasiya olan qurumlar da məsələni diqqətdə saxlamalıdırlar.”
Zeynəb ƏKBƏR
e-Azərbaycan bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












