İcazə SMS-i yaşı 65-dən yuxarı şəxslərə şamil olunmur - Ceyhun Salmanov
Yaşı 65-dən yuxarı olan şəxslərin öz yaşayış yerini tərk etməsi məhdudiyyəti hazırda da var. Aprelin 20-dək müvafiq qurumlar tərəfindən onların hərəkəti müəyyən edilərsə, bu, karantin rejiminin pozulması halı kimi nəzərə alınacaq.
TED.az xəbər verir ki, bunu Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.
Onun sözlərinə görə, belə şəxslərə nəzərdə tutulmuş cərimələr də tətbiq oluna bilər.
C.Salmanov qeyd edib ki, vətəndaşlara icazə ilə bağlı 2 saatlıq müddət vətəndaş SMS-i göndərdiyi vaxtdan yox, cavab SMS-i gəldiyi müddətdən hesablanır.
Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir: "Vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərlər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq-mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər".
C.Salmanov deyib ki, müvafiq icazəni aldıqdan sonra vətəndaşlar iki saat ərzində Bakının istənilən rayonu ərazisində hərəkət edə bilərlər: "Bu, o demək deyil ki, vətəndaş Yasamal rayonunda yaşayırsa, mütləq Yasamaldakı aptekdən dərman almalıdır. Digər apteklərə də gedə bilər. Amma müəyyən edilmiş müddətdə geri qayıtmalıdırlar".
Sədr müavini bildirib ki, həkimə getmək üçün icazə alan şəxsin müalicə prosedurunun müddəti uzanarsa, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir.
C.Salmanov əlavə edib ki, KİV nümayəndələri, eləcə də fəaliyyətinə icazə verilən digər şəxslər əmək fəaliyyəti üçün sərbəst hərəkət edə bilərlər. Ancaq aprelin 5-dən onlar da evdən alış-veriş üçün çıxarkən digər vətəndaşlar kimi SMS göndərməlidirlər.
KORONAVİRUS bölməsindən digər xəbərlər
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Həftənin ən çox oxunanları
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










