AZ

Life Placement nədir? - e-Lüğət

 

332a499db290f013d518452beda66d5b.jpg
03.04.2020 14:57

Texnologiyanın inkişafı ilə dilimizə daxil olan müasir sözləri TED.az-ın “e-Lüğət”i ilə öyrənməyə davam edin.
 

Beləliklə, Life Placement nədir?

 

Life Placement — Gizli reklamın köməyi ilə istehlakçıların diqqətini üstüörtülü şəkildə cəlb edərək, məhsul və ya xidmətin təşviq edildiyi xüsusi bir texnologiyadır. 

 

Marketoloqlar adətən xüsusi hazırlıqlı insanları (promoter və ya aktyor) məhsulu və ya servisi adi istifadəçi kimi tərifləmək üçün işə cəlb edir. 

 

Life placement sayəsində aktyorlar digər insanlar qarşısında tamamilə təbii və realistik şəraitdə məhsul və ya servisin keyfiyyətini müsbət emosiyaları ilə çatdıra bilir və hətta potensial müştərilərlə söhbət edərək onu tərifləmək imkanına sahib olurlar. 

 

Bu reklam üsulunun əsas müsbət tərəfləri:

 

• Nisbətən ucuzdur;

 

• Müştərilərə qısa zaman ərzində güclü təsir etmək imkanı verir;

 

• İstehlakçı özünü aldadılmış hiss etmir.

 

Təbii ki, onun mənfi tərəfləri də var. Aksiyaları hər zaman idarə etmək mümkün olmur və çox vaxt effektivlik dəvət olunmuş promoterlərin performansından asılı olur. 

 

Life placement bazara yeni daxil olan məhsul üçün ən yaxşı reklam metodlarından biridir. Az xərclə daha böyük auditoriyaya müraciət etməyə, həmçinin müştəri və istifadəçilərdən “feedback”ı dərhal görə bilməyə imkan yaradır.

 

Hazırda life placement üçün ən çox müraciət edilən insanlar YouTube və digər blogerlərdir. Bir çox brend məhsullarını sosial şəbəkələr vasitəsilə reklam etmək üçün onlara üz tutur.

 

Misal: ABŞ-nın 10 şəhərində Sony Ericsson şirkəti üçün aktyorlar turist kimi davranaraq insanlara yaxınlaşıb Sony Ericsson telefonları ilə şəkillərini çəkməyi xahiş edirdilər. Bu yol ilə Sony Ericsson həm yeni model telefon ilə onları tanış edir, həm də telefonun nə dərəcədə yaxşı şəkil çəkdiyini nümayiş etdirirdi.

TED + bölməsindən digər xəbərlər

Daha çox