“İcazələr portalı”nın tab gətirəcəyini bilmək üçün zamana ehtiyac var
Bu gündən Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı "İcazələrin Alınması və Monitorinqi Sistemi”nin bir modulu (icaze.e-gov.az) istifadəyə verilib.
Müraciətlərin sayının çox olduğu üçün sistemdə yüklənmə müşahidə olunur. Sistemdə bir nəfərin qeydiyyatı üçün xeyli vaxt tələb olunur. Bu isə yüzlərlə əməkdaşını sistemdən qeydiyyatdan keçirəcək qurumlar üçün çətinlik yaradır.
Ekspertlər bildirir ki, hansısa bir saytın və ya İT sistemin istifadəçi sıxlığına tab gətirməsini yoxlamaq üçün mütləq şəkildə onu sınaqdan keçirmək lazımdır. Sınaq müddətində saytın bu kimi boşluqları aşkarlanır. "İcazələr portalı" bir neçə gün ərzində hazırlanıb. Yəni, zaman baxımından tam şəkildə testdən keçirilməyib. Ekspertlərin fikrincə, portalın istifadəçi axınına tab gətirib gətirməməsini yoxlamaq üçün hələ də zamana ehtiyac var.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin direktor müavini Ceyhun Salmanov isə bir az əvvəlki konfransda sadə vətəndaşları icazə üçün bu portala mürəciət etməməyə çağırmışdı: “Düzdür, hazırda saytda yüklənmə olduğunu bilirik. Bunun səbəbini daha çox sadə vətəndaşların icazə almaq üçün bu sayta müraciətlər etmələrində görürük. İnanırıq ki, qadağaların tətbiq edildiyi günə, ayın 5-nə qədər bütün problemlər aradan qaldırılacaq. Vətəndaşların fərdi qaydada evdən çıxmaları isə yalnız müvafiq icazə kodunun SMS vasitəsilə 8103 nömrəsinə göndərilməsi ilə təmin ediləcək. Bu sistem 5 aprel tarixindən etibarən işə düşəcək".
Zeynəb ƏKBƏR
e-Azərbaycan bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD









