ASCO-da evdən idarəetmə ilə fasiləsiz iş rejimi tam təmin olunub
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) fəaliyyətini koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə ölkə üzrə aparılan sosial izolyasiya tədbirlərinə uyğun davam etdirir.
TED.az xəbər verir ki, hazırda ASCO-da əməkdaşların sağlamlığına olan təhlükənin aradan qaldırılması əsas götürülərək bütün struktur və təşkilatlarda “işlərin evdən idarə olunması” (work from home) sistemindən istifadə olunur. Başqa sözlə, növbəli rejimdə çalışan məhdud sayda işçilərdən və üzən heyətdən başqa əmək funksiyalarını evdə yerinə yetirmələri mümkün olan digər şəxslər vəzifələrini hər təqvim günü olmaqla evdən icra edirlər. Əməkdaşlar bir-birilə ünsiyəti sosial media, elektron poçt və digər onlayn vasitələrin imkanlarından istifadə etməklə qururlar.
Artıq “işlərin evdən idarəedilməsi” sistemi ilə işçilərin mart ayı üçün əmək haqqı hesablanıb, bank əməliyyatları aparılaraq maaşlar sahil obyektləri və gəmi təmiri zavodları üzrə əməkdaşların kart hesabına köçürülüb, şirkət üzrə vacib əmrlər verilib, sənədləşmələr icra olunub. Bütün bunlar son illər gəmiçilik sahəsində tətbiq olunan SAP ERP və Elektron Sənəd Dövriyyəsi kimi qabaqcıl proqram təminatı, eləcə də müasir texnologiyaların hesabına mümkün olub.
Hazırda dəniz yolu ilə daşımalar, müxtəlif təyinatlı gəmilərin neft-qaz sənayesində iştirakı da əvvəlki qaydada davam etdirilir. Bu istiqamətdə indiyədək hər hansı maneə və fasilə yaranmayıb.
KORONAVİRUS bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












