İİTKM “Microsoft”un imkanlarından istifadə etməklə fəaliyyətini onlayn qurub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Microsoft Azerbaijan”la əməkdaşlıq çərçivəsində “#evdəqal” layihəsinin qaydalarına əməl etmək üçün məsafədən iş rejimini təmin edir.
TED.az xəbər verir ki, “Microsoft Azerbaijan” şirkəti İİTKM əməkdaşları üçün tam pulsuz və öhdəliksiz 180 günlük Office 365 E1 paketini xüsusi lisenziya ilə təqdim edir. Cari təklif COVID-19 virusunun yayılması ilə əlaqədar olaraq Microsoft şirkəti tərəfindən rəsmi olaraq təmin edilir və əməkdaşların evdən işləməsi üçün (WFH – Work From Home) nəzərdə tutulub.
İİTKM-in İnformasiya Texnologiyaları mütəxəssisi Elgün Xəlilzadə bildirir ki, Office 365 E1 paketinə - tam onlayn Office 365 paketi (korporativ poçt, hər istifadəçi üçün 1TB bulud saxlancı, birgə və məsafədən əməkdaşlıq etmək üçün Microsoft Teams aləti, Word Online, Excel Online, PowerPoint Onlinevə.s ) daxildir. Məhz Microsoft Teams aləti əməkdaşların komanda şəklində işləmələri üçün (video müzakirələr, konfranslar və.s) daha geniş imkanlar yaradır. Onun sözlərinə görə, İİTKM-in əməkdaşları sistemdən internet bağlantısı olan istənilən məkandan və ixtiyari qurğudan kollektiv iş imkanı əldə edəcəklər.
“Microsoft Azerbaijan”-nın baş meneceri Qaçay Mirzəyev bildirib ki, İİTKM innovativ layihələrin tətbiqində qabaqcıl qurumlardandır və “Microsoft Azərbaycan” İİTKM ilə əməkdaşlıqdan məmnundur. Bundan əlavə, o qeyd edib ki, Azərbaycanda sosial izolyasiya tədbirlərinə qeyd-şərtsiz əməl etmək, evdə qalaraq, əmək fəaliyyətini davam etdirmək üçün bu müvafiq texnoloji həldən faydalanmaq məqsədəuyğundur.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Microsoft Azerbaijan”la imzalanan ikitərəfli əməkdaşlığa dair memorandum çərçivəsində bir neçə innovativ layihələrə imza atıb. İİTKM-in operatoru oldugu Azexport portalı Microsoft-un Azure platformasından istifadə edir.
e-Azərbaycan bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











