AZ

Mart ayı üzrə ən məhsuldar smartfonların adları açıqlandı: Xiaomi Mi 10 Pro 5G liderliyini itirdi 

4dada9cc648dffd831e3a791e42a7f73.png
03.04.2020 19:31

Bu ilin mart ayında Andorid dəstəkli ən məhsuldar smarfonların siyahısı açıqlanıb.

 

TED.az xəbər verir ki, bu haqda "AnTuTu" mütəxəssisləri məlumat yayıb. Məlumata görə, mart ayında reytinq siyahısına yeni lider- 606 389 bal toplayan Oppo Find X2 Pro olub. Bu smartfon köhnə lider Xiaomi Mi 10 Pro 5G -ni geridə qoyub.

 

Xiaomi Mi 10 Pro 5G isə 598 572 bal toplayaraq ikinci yerdə qərarlaşıb. Siyahıda üçüncü yeri isə 590 253 bal toplayan Oppo Find X2 tutub. 

 

Daha sonra reytinq cədvəlinə ardıcıl olaraq Redmi K30 Pro, Vivo iQoo 3 , Black Shark 3 Realme X50 Pro, Vivo NEX 3S 5G, Xiaomi Mi 10 və Black Shark 3 gəlir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox