AZ

#EVDƏQAL - onlayn konfranslara qoşul

1c7c6322e67d0a703c0a1aa63a31be87.jpg
03.04.2020 20:16
#EVDƏQAL onlayn konfranslara qoşul – 5 TƏTBİQ "COVİD-19" pandemiyasına görə Azərbaycan da daxil olmaqla, əksər ölkələrin məsafədən iş rejiminə keçilməsi məlumdur. 
 
 
Distant iş rejiminin aktuallaşması videokonfarns təqdim edən xidmətlərə böyük populyarlıq qazandırdı. Demək olar ki, belə xidmət göstərən proqramlar şirkətlərin iş rejimini olduqca asanlaşdırdı. TED.az sizə videokonfrans təşkil etməyə kömək edəcək bir neçə rahat və sadə proqramı təqdim edir. Bunlardan bəziləri mobil tətbiqlər, bəziləri isə kompüterinizə yükləniləcək proqramlardır
 
 
 
1. Zoom - Bu xidmət vasitəsilə işgüzar videokonfranslar təşkil edə, videozəngləri yaza və çatda ünsiyyət qura bilərsiniz. Zoom-un istifadəsi asandır və mobil telefonlar da daxil olmaqla bütün qurğular üçün tətbiqetmələrə malikdir. Zoom istifadəçiyə xüsusi bir virtual iş nömrəsi təqdim etmir. Bununla birlikdə, hər bir zoom yığıncağı, tətbiqetmələr və ya etibarlı internetə sahib olmadıqda iştirakçıların telefonla birləşmək üçün istifadə edə biləcəyi unikal bir parol əldə edilir. Proqramın ödənişsiz versiyası da mövcuddur. Bu zaman konfransa 50 nəfəri dəvət edə bilərsiniz. Lakin video görüş cəmi 40 dəqiqə çəkəcək. 
 
 
 
 
 
 
2. Google Hangouts -  Google şirkətinin onlayn iclaslar üçün proqramı olan "Google Hongoust" aktiv şəkildə istifadə olunur. Bu proqram vasitəsilə keçirilən videokonfrans birbaşa Google+ səhifəsində əks olunur. Bu görüşü yazıb daha sonra Google+ və YouTube-da paylaşmaq mümkündür. 
 
 
 
 
 
 
3. Facebook Group Chat -  Bu proqram Feysbuk messenceri vasitəsilə işləyir. Qrup zənginə 50 nəfər qoşula bilər. Lakin zəng zamanı eyni anda 6 nəfəri görmək mümkündür. Digər qoşulanların isə səsini eşitmək olur. Videozəng zamanı mətn yazmaq, stiker, emoji və animasiyalı GIF göndərmək olur.
 
 
 
 
 
 
4. ooVoo ooVoo -  olduqca çoxfunksiyalı bir xidmətdir. Proqram istifadəçisi 12 nəfərdən ibarət görüş keçirə, 25 Mb həcmində fayl ötürə bilər. Eyni zamanda, videoiclas yazıla və paylaşıla bilər. 
 
 
 
 
 
 
 
5. Micrasoft teams -  Microsoft Teams uzaq komandalar və kiçik müəssisələr üçün çoxfunksiyalı bir ünsiyyət vasitəsidir. Bu xidmətə mətn mesajları, qrup söhbətləri, kanallar, fayl paylaşımı, audio və video konfrans daxildir. Microsoft Teams mobil telefonlar da daxil olmaqla bütün əməliyyat sistemlərində və cihazlarında işləyir. Əsas proqram hər kəs üçün pulsuzdur, lakin Microsoft-un məhsuldarlıq dəsti olan “Office 365” sizə daha çox xüsusiyyətləri təqdim edir. Office 365 ilə peşəkar iş e-poçtlarına və Outlook, Word, Excel və daha çox daxil olmaqla bütün Microsoft Office tətbiqetmələrinə daxil ola bilərsiniz. Qeyd edək ki, Azərbaycanda bu proqramlar arasında ən çox müraciət olunanı ZOOM və Micrasoft Teams-dır.
 
 
 
 
 
Yerli IT mütəxəssislərinin əksəriyyəti fərdi olaraq Zoom proqramına üstünlük verdiklərini bildirirlər. Onların fikrincə, bu tətbiq həm rahat və funksional, həm də qiymətləri münasibdir. Mütəxəssislər onu da vurğulayırlar ki, şirkətlər arası adətən Cisco-dan istifadə olunur. Amma son zamanlar Zoom və Micrasoft teams də olduqca populyarlaşıb.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox