AMEA-nın BU İNSTİTUTLARINDA distant tədris həyata keçirilir
Məlum olduğu kimi, koronavirus pandemiyasının (COVID-19) Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkədə bütün təhsil müəssisələrində tədris dayandırılıb. Magistrantlar üçün təhsil prosesinin müəyyən olunmuş qaydada keçirilməsini, tədris olunan fənlərin nəzərdə tutulmuş həcmdə mənimsənilməsinin təmini məqsədilə AMEA-nın prezidenti Ramiz Mehdiyev “AMEA-nın magistrantları üçün distant tədrisin təşkil edilməsi haqqında” sərəncam imzalayıb.
TED.az xəbər verir ki, bu məqsədlə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə daxil olan institutlarda təhsil alan magistrantlar üçün dərslərin distant formada tədrisinə başlanılıb.
Belə ki, AMEA-nın Mikrobiologiya İnstitutunda təhsil alan magistrantlar üçün distant tədris həyata keçirilir. Hazırda institutda “Mikrobiologiya” ixtisası üzrə 2 magistrant təhsil alır. İnstitutun tədris prosesinə cəlb edilmiş müəllim heyəti sillabuslarda nəzərdə tutulan mövzulara uyğun olaraq tədrisi elektron vasitələrlə həyata keçirir. Dərslərin keçirilməsi müvafiq semester üçün qəbul edilmiş cədvələ uyğun olaraq aparılır.
AMEA-nın Fiziologiya İnstitutunda da distant təhsil sistemi tətbiq olunur. İnstitutda magistratura pilləsi üzrə təhsil alan magistrantlar dərslərini onlayn formada davam etdirir. Qurumun saytında mütəmadi olaraq müvafiq fənnlər üzrə mövzular yerləşdirilir. Dərslərə davamiyyət və qiymətləndirmə isə həm onlayn, həm də mühazirələr üzrə aparılır.
Həmçinin AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təhsil alan magistrantlar üçün dərslər distant formada tədris olunur. İnstitutun tədris prosesinə cəlb edilmiş professor-müəllim heyəti tərəfindən “Torpaqşünaslıq” və “Aqrokimya” ixtisasları üzrə dərslər aparılır.
Genetik Ehtiyatlar İnstitutunda da tədris prosesi "Genetika", "İnsan genetikası", "Bitkilərin seleksiyası" və "Bitkilərin mühafizəsi" ixtisasları üzrə distant şəkildə həyata keçirilir. Magistrantlara e-mail vasitəsilə mühazirə mətnləri göndərilir və elektron vasitələrdən istifadə edilərək dərslərin izahı verilir. Magistrlərin elmi rəhbərləri dissertasiya işlərinin vaxtında yazılıb yekunlaşdırılması üçün distant şəkildə tövsiyələrini verirlər.
Qeyd edək ki, müxtəlif fənlər üzrə hazırlanmış dərs vəsaitləri (mühazirə mətnləri və təqdimatlar) elektron formatda AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinə təqdim edilir.
KORONAVİRUS bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










