AZ

Azərpoçt-dan dəstək: Fermer kartı əldə etmək üçün banka getmək lazım olmayacaq!

e40555db87a4944f57fb6f696e529bd2.jpg
03.04.2020 20:32

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC və “Kapital Bank” koronavirusun yayılmasından dolayı ölkədə xüsusi rejim tətbiq edildiyi üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. 

 

TED.az xəbər verir ki, bu dəfə adıçəkilən qurumlar korporativ sosial məsuliyyət strategiyasına uyğun şəkildə, fermerlərə qayğı göstərmək məqsədilə növbəti dəstək kampaniyasına başlayıb.

 

“Subsidiya 2020” layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin təşəbbüsü və “Kapital Bank”ın dəstəyi ilə fermerlərə ödənilən subsidiyalar nağd şəkildə deyil, “Fermer kartı” vasitəsilə ödənilir.

 

İnsanların qapalı məkanlarda kütləvi toplanmasının qarşısını almaq üçün bu kartlar “Azərpoçt” filialları vasitəsilə fermerlərin ünvanlarına çatdırılacaq. Artıq fermerlər kartları əldə etmək üçün bank filiallarına getməli olmayacaqlar.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox