Samsung Galaxy Buds, yoxsa Xiaomi Redmi AirDots? - MÜQAYİSƏ
Hansısa cihazı seçərkən həm keyfiyyətinə, həm də qiymətinin münasibliyinə fikir veririk, qacetin “rəqiblərinə” baxıb müqayisə etməyə çalışırıq. Hazırkı texnologiya bazarında hər məhsulun oxşar prototipi mövcuddur: 1000 manatlıqdan tutmuş 1 manatlığa kimi...
Məlum məsələdir ki, hər kəsin Apple məhsullarının qiymətlərindən xəbəri var, ona görə də uyğun qiymətli cihazları “almalı”larla müqayisə etməyə gərək yoxdur. Eyni səviyyədə olan cihazlara gəldikdə isə, zənnimizcə, müqayisə etməyə dəyər.
TED.az olaraq dünyanın populyar brendinə çevrilmiş, dilinə görə dilçəyi olan Xiaomi-nin naqilsiz qulaqlığı ilə illərin texnologiya nəhəngi Samsung brendinin səs-küy salmış Samsung Galaxy Buds-ın mənfi və müsbət cəhətlərini araşdırdıq.
Beləliklə, Samsung Galaxy Buds, yoxsa Xiaomi Redmi AirDots?
Keçirdiyimiz onlayn müqayisə testinə görə, Samsung Galaxy Buds 100, Xiaomi Redmi AirDots isə 80 xal toplayıb.
Samsung-un naqilsiz qulaqlığı Xiaomi-nin məhsulunu funksionallıq, dizayn, səs keyfiyyəti, mikrofon, qoşulma sürəti cəhətlərində üstələyib.
Niyə Samsung Galaxy Buds Xiaomi Redmi AirDots-dan daha yaxşıdır?
⁃ Batareyanın ömrü 2 saat çoxdur (6 saat 4 saata qarşı)
⁃ Səs-küyü yox edən mikrofona sahibdir
Bu xüsusiyyət audio materialı “filtr”dən keçirərək keyfiyyətli səsi təmin edir.
⁃ Daha 2 mikrofona malikdir (4 mikrofon 2 mikrofona qarşı)
⁃ Səviyyəsi enerji indikatoruna malikdir
⁃ Naqilsiz enerji yığa bilir
⁃ Akselerometrə sahibdir
Akselerometr cihazın xətti sürətlənməsini ölçmək üçün nəzərdə tutulub. Cihazın şaquli vəziyyətdən üfüqiyə keçdiyini müəyyən edir.
⁃ Neodimium maqnitinə sahibdir
Neodimium maqniti ilə təchiz olunan cihazlar digərlərindən daha yüngül və güclüdür. Maqnit vasitəsilə audio materialın bass səsləri və yüksək notları daha aydın səslənir.
⁃ USB Type-C-ə malikdir
Bəs Xiaomi Redmi AirDots-un hansı üstün xüsusiyyətləri var?
⁃ Çəkisi 1,5 qram yüngüldür (4,1 qram 5,6 qrama qarşı)
⁃ Batareya gücü 37.93% daha çoxdur (80mAs 58mAs-a qarşı)
Cihazların qiymətinə gəldikdə, Samsung Galaxy Buds qulaqlıqlarındaki üstələyici xüsusiyyətlərin olması məsələyə aydınlıq gətirir. Necə deyərlər, qiyməti keyfiyyətinə görədir.
“Kontakt Home” elektronika mağazasında Samsung Galaxy Buds qulaqlıqlarının qiyməti 300 AZN civarındadır, Xiaomi Redmi AirDots isə cəmi 50 AZN-a əldə etmək olar.
Texnologiya bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












