#EVDƏQAL – ləzzətli yeməklər bişir – 5 TƏTBİQ
Dünyanı cənginə alan koronavirus epidemiyası ilə mübarizə aparmağın ən effektiv yolu insanlarla ünsiyyəti minimuma endirmək, yəni evdə qalmaqdır.
Gününün çox hissəsini restoranlarda, əyləncə mərkəzlərində, park və digər müxtəlif istirahət məkanlarında keçirənlər üçün evdə qalacağını düşünmək sıxıcı gələ bilər. Amma əslində işə tələsmədiyimiz və bütün çöl-bayır qayğılarından azad olduğumuz üçün əlimizə düşən bu bol asudə zaman hobbilərimizlə məşğul olmaq üçün əsl fürsətdir.
Yeməkdən zövq almaq bir çoxumuza xas keyfiyyətdir. Xüsusilə zəngin milli mətbəximizin təsiri bu zövqü daha da artırır. Qeyri-adi və ləzzətli yeməkləri hazırlamaq öz-özlüyündə bir hobbi ola bilər. O da məlumdur ki, artıq yemək bişirərkən kitablara deyil, müxtəlif rəqəmsal qaynaqlara üz tuturuq.
TED.az olaraq yemək mövzusu ilə bağlı ən yaxşı tətbiqləri bu yazıda sizə təqdim edirik ki, bəlkə də, indiyə qədər gizli qalan aşpazlıq qabiliyyətinizi üzə çıxara biləsiniz:
1. Milli mətbəx demişkən, elə başlayaq ən ləziz milli yeməklərimizin reseptlərini təqdim edən Ləzzət-Milli yemək reseptləri tətbiqindən. İstifadəsi çox rahat olan bu tətbiqdə reseptlər müxtəlif kateqoriyalara bölünməklə təqdim olunur. Eyni zamanda, istədiyiniz yeməyin hazırlanma qaydasını axtarış çubuğuna yazaraq tapa bilərsiniz.
2. Yummly Recipes; Android, iOS və Windows Phone (pulsuz). Rəqəmli yemək kitabı olmaqdan əlavə resept axtarma motoru olan Yummly Recipes-i mətbəx növü, yemək vaxtı, allergiya kimi müxtəlif filtrlərlə axtarış etmək üçün istifadə edə bilərsiniz.
3. Kitchen Stories; Android və iOS (pulsuz). Ən asan yemək tətbiqlərindən biri olan Kitchen Stories video, mövzu və ölkə seçimləri ilə diqqət çəkir. Bundan başqa, yeni reseptlər mütəmadi olaraq əlavə olunur.
4. Great British Chefs Kids HD; iOS (pulsuz). Uşaqlar üçün əyləncəli fikirlər təqdim edən bu tətbiq həm övladınızla, həm də təkbaşına yemək hazırlamaq üçün çox uyğundur.
5. Tastemade; Android və iOS (pulsuz). Çoxkanallı Youtube şəbəkələrindən biridir və reseptlərə əlavə olaraq mətbəxdə köməyinizə çatacaq yaradıcı fikirlər təqdim edir.
QARABAĞ bölməsindən digər xəbərlər
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Həftənin ən çox oxunanları
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










