AZ

Tarixin ilk mobil telefonu

12cf106f7c49860a75e610314eb91a0d.jpg
03.04.2020 23:46

Tarixin ilk mobil telefonu o dövrün lider telefon istehsalçılarından Motorola-nın mühəndisi Martin Kuper tərəfindən 1973-cü ildə ərsəyə gətirilib. Təxminən 1 kiloqram ağırlığından dolayı cib telefonu qavramından xeyli uzaq olan cihazın istehsalı, şübhəsiz, inqilabi addım idi. 


TED.az xəbər verir ki, o dövrdə maya dəyəri 3500 dollar Motorola DynaTAC təxminən 35 dəqiqə danışıq müddəti vəd edirdi. Hazırkı şərtlərlə çox da funksional sayılmayacaq bu telefon olduqca kobud görünüşünə rəğmən hələ də o vaxtın ən böyük texnoloji addımı hesab edilir. 


Martin Kuper bir müsahibəsində Motorola DynaTAC üçün Dick Tracy adlı komiksdən ilham aldığını deyib. 


O, başqa bir müsahibəsində cib telefonunun bu qədər populyar ola biləcəyini ağlına gətirmədiyini də bildirib. 


Qeyd edək ki, ilk prototipdən sonra növbəti illərdə sektroun liderinə çevrilən Motorola yanlış qərarlardan dolayı öz mövqeyini qorumağı bacarmamışdı. 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox