XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək
Xarici İşlər Nazirliyi (XİN) və onun nəzdində fəaliyyət göstərən “Diplomatiya könüllüləri” tərəfindən ilk dəfə olaraq aprelin 16-dan 18-dək onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək.
XİN-dən TED.az-a verilən məlumata görə, təlim Azərbaycan Respublikasının 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində keçirilən silsilə tədbirlərdən biri olub gənclər arasında bu mötəbər qurumla bağlı məlumatlılığın artmasına xidmət edir.
Ölkəmizdə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar olaraq, layihə ölkəmizdə fəaliyyət göstərən könüllü təşkilatları və ya hərəkatlarında iştirak edən könüllüləri əhatə edəcək. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada COVID-19 pandemiyasının elan olunduğunu nəzərə alaraq və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına müvafiq olaraq layihə “evdə qal” ictimai kampaniyasına dəstək məqsədilə onlayn platformada keçiriləcək.
Layihə çərçivəsində iştirakçılara dünyada Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük siyasi platforma sayılan Qoşulmama Hərəkatına üzv dövlətlərin rəsmi nümayəndəsi rolunda çıxış etmək, həmin dövlətləri Hərəkatın ən ali toplantısı olan Dövlət və Hökumət Başçılarının Zirvə görüşünün canlandırılacağı simulyasiyada təmsil etmək imkanı yaradılacaq.
Simulyasiyada iştirak üçün lazım olan hazırlıq və bacarıqlar üzrə təqdimatlar aprelin 13-dən 15-dək onlayn əsasda keçiriləcək seminar zamanı Xarici İşlər Nazirliyinin əməkdaşları tərəfindən iştirakçılara təqdim olunacaq.
Seminar zamanı iştirakçılar Qoşulmama Hərəkatının fəaliyyəti, diplomatik yazışma qaydaları, beynəlxalq danışıqlar və qətnamə layihələrinin mətnlərinin razılaşdırılması təcrübəsi daxil olmaqla bir sıra mövzular üzrə məlumatlandırılacaqlar.
Layihə 18-29 yaş arasında olan, yüksək İngilis dil bilgisinə malik könüllülər üçün nəzərdə tutulub. İştirakla bağlı tələblərə dair ətraflı məlumatlar vasitəsilə əldə edilə bilər. Müraciətlərin qəbulu bu ilin 5 aprel tarixinədək davam edəcək.
e-Azərbaycan bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












