Kişilər karantində darıxmayacaq - Məşhur startapçı Evdar Kişilər Klubunda
“Evdar Kişilər Klubu bir həftə öncə Vəfadar Babayev adlı istifadəçi tərəfindən yaradılıb və böyük marağa səbəb olub. Həmin qrupun izləyici sayı 20000-ə çatıb. Orada çox maraqlı, ən əsası keyfiyyətli kontent paylaşılır. Kişilərin ev işləri görərkən çəkilən şəkilləri, yaxud videoları paylaşılır, interaktiv müzakirələr aparılır. Mən də həmin qrupa üzv olmuşam. Qrupun yaradıcısı ilə qərara gəldik ki, həftəlik bir veriliş hazırlayım. Adını da bir az məzəli olsun deyə “Orxanla hər cümə” qoyduq. Verliş hər cümə günü, saat 20:00-da yayımlanacaq”.
Bunu TED.az-a “Eleven kings” layihəsinin müəllifi Orxan Rzayev deyib.
O.Rzayev bildirib ki, verilişdə həftədə bir mövzu müzakirə olunacaq: “Verilişin ilk yarım saatında mənim çıxışım yer alacaq, daha sonra interaktiv şəkildə keçiriləcək. İlk verilişimizin mövzusu “Evdə kimin sözü keçməlidir” oldu. Evlilikdə kişi-qadın münasibətləri, evlilik həyatı maraqlı mövzu olduğu üçün verilişin maraqlı keçəcəyini düşünürük. Mən də 10 illik ailə həyatı təcrübəmlə 2 qız övladı valideyni olaraq düşünürəm ki, gənc dostlarımızla müzakirə üçün çox mövzular yarandı. Növbəti həftələrdə ümumi startaplardan, “Eleven Kings”dən və SMM kimi mövzularda danışmağı davam edəcəyik”.
Fatimə ZÜLFİQAR
QARABAĞ bölməsindən digər xəbərlər
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
Həftənin ən çox oxunanları
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD














