AZ

Evdə qal və əməliyyatları Müştəri Bank-la et!

 

7443195a2408b814c2cc108a0fa61ac0.jpg
04.04.2020 13:37

Son günlər COVİD-19 virusunun yayılmasına görə əhaliyə lazım olmadıqda küçəyə çıxmaq qadağan olunub. Hətta bank xidmətlərini də onlayn qaydada həyata keçirmək tövsiyə edilir. 

 

TED.az xəbər verir ki, Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində daha bir yenilik edib. Artıq uzun müddətdir sahibkarlar və hüquqi şəxslər üçün fəaliyyət göstərən Müştəri Bank sistemi sayəsində, müştərilər daha rahat şəkildə onlayn əməliyyatlar etmək imkanını qazanıblar. 

 

Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: onlayn rejimdə hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamları haqqında məlumat, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, biznes kart köçürmələri, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi və s.

 

Müştəri Bank sisteminə qoşulmaq üçün (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox