#EVDƏQAL – Şəkilləri redaktə etməyi öyrədən 5 TƏTBİQ
Bu gün mobil tətbiqlər vasitəsilə ən sadə şəkli belə, əsl incəsənət əsərinə çevirmək mümkündür. Sizə sadəcə olaraq, proqramı seçmək və şəkillərinizin üzərində işləmək lazımdır. "Bəs mənə uyğun olan proqramı necə seçim?" sualı sizi tərəddüdə salır?
TED.az olaraq, işinizi asanlaşdırmaq üçün 5 məşhur fotoredaktə tətbiqini təqdim edirik.
Tətbiqləri təqdim etmədən öncə qeyd edək ki, sizin şəkil üzərindəki fotoredaktə işləriniz əlavə gəlir mənbəyiniz də ola bilər. Yəqin ki, mobil şəkillərlə pul qazanmaq haqqında fikirləşmisiniz, lakin bu haqda bir qədər sonra.
Gəlin, şəkil redaktəsi üçün bir neçə və ən yaxşı proqramları gözdən keçirək.
1. VSCO
Ən sevimli, rahat və pulsuz fotoredaktə proqramlarından biridir. VSCO-ya öyrəşmək olduqca rahatdır. Tətbiqin sadə alətləri yaradıcılıq üçün stimul verir.
Alətlərdən başqa, VSCO özündə fotoaparat və şəkil paylaşımı üçün funksiyanı da daşıyır. Tətbiq iOS və Android istifadəçiləri üçün keçərlidir.
2. Snapseed
Snapseed digər tətbqilərdən fərqli olaraq, özündə müxtəlif filtir funksiyasını daşıyır. Bu tətbiqin arzuolunmaz detalları silmək üçün sehrli fırçası da var.
iOS və Android istifadəçiləri üçün keçərli olan Snapseed faylları RAW və DNG formatında dəstəkləyir.
3. İnstaqram
Əlinizin altında olan aləti də unutmamaq lazımdır. İnstaqram sosial şəbəkəsinin ən mükəmməl tərəflərindən biri də burada şəkilləri redaktə edib, dərhal da paylaşa bilməkdir. Tətbiq olduqca rahat və sadədir. Siz hər zaman öz əl işinizi şəbəkənin geniş auditoriyasında nümayiş etdirə bilərsiniz. Bu tətbiq də iOS və Android istifadəçiləri üçün nəzərdə tutulub.
4. Adobe Photoshop Express
Əgər siz ən peşəkar proqramlardan birinin axtarırsınızsa, o zaman bu tətbiq məhz sizin üçündür. Proqram istifadəçiyə şəkil üzərində standart formada işləməyə, şəkili çərçivəyə almağa imkan verir. Tətbiqdə, hətta RAW dəstəkli faylları da redaktə etmək olur. iOS və Android dəstəkli cihazlar üçün keçərlidir.
5. AutoDesk Pixlr
Pixlr — bu ödənişsiz tətbiq özündə 2 milyon fərqli filtir, effekt və əlavələri birləşdirir. Bundan başqa, şəkillərdən ibarət kollaj düzəltmək, şəklə yazı əlavə etmək, fotoları bir-birinin üzərində yerləşdirmək olur. Tətbiq gözdə olan qırmızı tonu, dəridəki ləkəni götürməyə və dişləri ağartmağa imkan verir. iOS və Android istifadəçilərinin ən çox istifadə etdiyi tətbiqlərdən biridir.
Zeyneb ƏKBƏR
QARABAĞ bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











