AZ

146-3 Qaynar xətti istifadəyə verilir – PSİXOLOJİ DƏSTƏK ÜÇÜN 

18be8b13e1713236899e21fe3c2195be.jpg
04.04.2020 16:51

Aprelin 6-da Təhsil Nazirliyinin yeni 146-3 "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaq.


TED.az xəbər verir ki, Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən "Qaynar xətt" xidməti ilə əlaqə yarada bilərlər. 


Əlaqə yaradan hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil ediləcək, lazımi dəstəklə təmin olunacaqlar.


146-3 "Qaynar xətt" xidməti həftəiçi hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox