AZ

Vüqar Səfərli ONUNLA əvəzləndi – SƏRƏNCAM

f8c1d164d090841be4103083f52a33aa.jpg
04.04.2020 17:28

Vüqar Müzəffər oğlu Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru vəzifəsindən azad edilib. 


TED.az xəbər verir ki, bu barədə məlumatı dövlət başçısının rəsmi saytı yayıb. 


Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb. 


 

Ölkə başçısının digər sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov fondun icraçı direktoru təyin edilib. 

 

 

TED + bölməsindən digər xəbərlər

Daha çox