Onlayn yolla narkotik vasitələr satan şəxslər saxlanıldılar
Nəsimi rayonunda onlayn yolla narkotik vasitələr satan şəxslər saxlanılıblar.
TED.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat həyata keçirilib.
Belə ki, daxil olan məlumat əsasında keçirilən tədbir zamanı paytaxt sakinləri Elnur Rəsulov və Rüfət Orucəliyev tutulublar. Onların Nəsimi rayonunda yerləşən kirayədə qaldıqları evə baxış zamanı idman çantasının içərisində narkotik vasitələr olan 959 qram tiryək, 14, 712 qram heroin, 34 qram marixuana, 1, 696 qram psixotrop maddə olan metamfetamin və iki ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Araşdırma zamanı bu şəxslərin narkotik vasitələri “Rais” adlı şəxsiyyəti istintaqa məlum olmayan bir nəfərdən satmaq məqsədi ilə aldıqları məlum olub. E.Rəsulov və R.Orucəliyev İran vətəndaşı ilə “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə mütəmadi olaraq əlaqə saxlayıblar.
Saxlanılan şəxslər ifadələrində qeyd ediblər ki, narkotik vasitələri “Rais”in tapşırığı ilə paytaxtın müxtəlif yerlərində yerləşdiriblər. Sonradan “Whatsapp” vasitəsi ilə həmin yerlərin şəklini çəkib ona göndəriblər.
Onlayn yolla narkotik sirafiş verən şəxslər pulları müxtəlif yollarla E.Rəsulov və R.Orucəliyevə çatdırandan sonra onlar əldə etdikləri maddi vəsaitləri “Rais”in göndərdiyi bank kartlarına köçürüblər.
Nəsimi RPİ əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş paytaxt sakini Elman Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərində 20.632 qram heroin aşkarlanıb. Onun Binəqədi qəsəbəsində yerləşən evinə baxış zamanı 5 kiloqramdan 35 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən hər 3 şəxs tutularaq istintaqa cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətiimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davan etdirilir.
TED + bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











