AZ

Sabahdan yalnız BU ŞƏXSLƏR taksi fəaliyyəti göstərə biləcəklər

217627bcfdfbb23e65486839e79e455b.jpg
04.04.2020 22:55

Taksi xidməti göstərən şəxslərin hansı halda sərnişin daşımalarına icazə veriləcəyi açıqlanıb. 


TED.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.


N.Allahyarova qeyd edib ki, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirmək məqsədilə mart ayında taksi fəaliyyəti üçün əsas icazə sənədi hesab edilən "Fərqlənmə Nişanı" təqdim olunan şəxslər (Bakı, Gəncə və Sumqayıt şəhərlərinin inzibati ərazisi üzrə taksi fəaliyyətinə nəzarət müvafiq digər qurumlar tərəfindən təmin edilir) xidmət göstərə bilərlər: "Hazırda bununla bağlı həmin şəxslər haqqında məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi üzrə işlər aparılmaqdadır".

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox