AZ

Psixoloji dəstək üçün 146-3 "Qaynar xətt"i istifadəyə verildi

f2abb1b0aedc47e6b455d64c988aedd3.jpg
06.04.2020 10:37

Bu gün Təhsil Nazirliyinin yeni 146-3 "Qaynar xətt" xidməti fəaliyyətə başlayıb.

 

TED.az xəbər verir ki, ölkəmizdə yeni koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən "Qaynar xətt" xidməti ilə əlaqə yarada bilərlər. 

 

Əlaqə yaradan hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil ediləcək, lazımi dəstəklə təmin olunacaqlar.

 

Qeyd edək ki, 146-3 "Qaynar xətt" xidməti həftəiçi hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir.

TED + bölməsindən digər xəbərlər

Daha çox