AZ

Adobe tətbiqləri 2ay ödənişsiz oldu

87ad428076f8a90952d2e62c20980d73.jpg
06.04.2020 11:25

Koronavirus pandemiyası dönəmində insanlara dəstək olan şirkətlərdən biri də Adobe olub. 

 

TED.az xəbər verir ki, Adobe tətbiqləri 2 ay ödənişsiz olmaqla istifadəçilərin ixtiyarına veriləcək. Nəticədə Adobe Creative Cloud da pulsuz olacaq. Müəllim və təhsilalanlar üçün nəzərdə tutulan bu kampaniya evdə təhsili dəstəkləmək məqsədilə başladılıb. Şirkət bununla yanaşı, Creative Cloud və Document Cloud Enterprise Term License Agreement üçün alınan ödənişləri də 60 gün müddətinə dayandırıb. Beləcə, Photoshop və Prime Pro tətbiqləri də ödənişsiz olacaq. 

 

Xatırladaq ki, bundan öncə Apple belə bir addım atmış, ödənişli tətbiqlərin pulsuz sınaq müddətini 60 gündən 90 günə qədər artırmışdı.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox