AZ

Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitənlərə icazə veriləcək? – Rəsmi

f49faa0a71c9597ab43cdfd6e4acdde5.jpg
06.04.2020 11:30

Qısa müddətdə yaradılan “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsi ilə 5 aprel 2020-ci il tarixdən vətəndaşların sorğuları cavablandırılmağa başlanılıb. Göndərilən SMS-də şəxsiyyəti təsdiq edən sənədin seriya nömrəsinin də göstərilməsi bəzi vətəndaşlarda çaşqınlıq yaradıb. Onları maraqlandıran əsas məsələ şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitənlərə icazənin verilib-verilməyəcəyi ilə bağlıdır.

 

TED.az xəbər verir ki, etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqəsi ilə SMS xidməti vasitəsilə icazə almaq mümkündür. Bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, belə vətəndaşlar üçün heç bir məhdudiyyət tətbiq olunmur.

 

Qeyd edək ki, yalnız zərurət yarandığı halda xidmətdən istifadə etmək tövsiyə olunur. SMS sistemi vasitəsi ilə icazə alınması zamanı sui-istifadə halları daim araşdırılacaq. Belə hallara yol verən vətəndaşlar barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox