AZ

Rayon qeydiyyatında olanlar hansı hallarda Bakıdan çıxa bilərlər? – AÇIQLAMA

 

70bcda865381c5e88b74d3ba849f2900.png
06.04.2020 12:27

“Rayon qeydiyyatında olub Bakıda yaşayan şəxslərin yaxın qohumunun dəfnində iştirakına məhdudiyyət qoyulmur”.

 

Bunu TED.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin şöbə rəisi Kamran Əliyev bildirib.

 

 

Kamran Əliyevin sözlərinə görə, istər Bakı, istərsə də rayon qeydiyyatında olan şəxslər, ancaq yaxın qohumunun – ata, ana, bacı, qardaş, nənə, baba, qayınata və qayınanasının dəfn mərasimində iştirak edə bilərlər:Həmin şəxslər bununla bağlı, 8103-ə “3” indeksini yazıb göndərməlidirlər. Nazirlər Kabinetinin 124 nömrəli qərarına əsasən, dəfn mərasiminə gedən şəxslər üçün vaxt məhdudiyyəti qoyulmur. Ancaq qeyd olunduğu kimi, “1” və “2” indeksinə görə yaşayış yerini tərk edən şəxslərə gündə 1 dəfə olmaqla müəyyən saat müddəti qoyulub”.


“Bu, yalnız Bakıda yaşayan şəxslər üçün deyil, həmçinin rayon sakinləri üçün də keçərlidir. Yəni rayon sakini də, həmçinin qeyd edildiyi kimi, ancaq yaxın qohmunun dəfni üçün yaşayış yerini tərk edə bilər”, – deyə Kamran Əliyev əlavə edib.


 

Nuranə DAXİLQIZI

TED + bölməsindən digər xəbərlər

Daha çox