AZ

DİN: Karantin rejimini pozan 6 nəfər həbs olunub, 3800 nəfər cərimələnib

07f243f035bdc8c3fb8fdd1ab2e5d73b.jpg
06.04.2020 12:45

Koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən nəzarət tədbirləri zamanı 5-6 aprel tarixlərində epidemiya əleyhinə rejimi pozan respublika üzrə 5, o cümlədən Bakı şəhərində 2 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.


TED.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Məlumata görə, həmin obyekt sahiblərindən 1 nəfər inzibati qaydada həbs edilib, 4 nəfər isə cərimə olunub.


Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimlərini pozduqlarına görə, ümumilikdə 3796, onlardan Bakı şəhəri üzrə 1588 nəfərə cərimə tətbiq edilib, 5 şəxs inzibati qaydada həbs olunub.


Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə, o cümlədən WhatsApp-da əhalinin təşvişinə səbəb ola biləcək həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə 1 nəfərə xəbərdarlıq edilib.


Ümumilikdə ötən gün ərzində respublika üzrə 6 nəfər inzibati qaydada həbs edilib, 3800 nəfər cərimə olunub, 1 nəfərə xəbərdarlıq edilib.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox