AZ

Apple tibbi maska istehsalına başlayacaq

6ee0190cdf8b405c7f57da0ede2d2d65.jpg
06.04.2020 13:17

Apple şirkəti koronavirus xəstələrini müalicə edən həkimlər üçün xüsusi qoruyucu maskalar hazırlayacaq.

 

TED.az xəbər verir ki, bu haqda şirkətin baş direktoru Tim Kuk Tvitter səhifəsində paylaşım edib.


O bildirib ki, həftədə 1 milyon belə qoruyucu vasitə istehsal etmək niyyətindədirlər: "Şirkət tərəfindən dünya təchizat şəbəkəsi vasitəsilə indiyədək 20 milyondan çox tibbi maska tədarük edilib. Xaricə tədarükü də mümkün qədər tez genişləndirmək istəyirik".

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox