AZ

Startapların nəzərinə: Müsabiqə təxirə salındı 

 

5bae6976dc853995f6664b9783cbac10.jpg
06.04.2020 16:25

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Azərbaycan Beynəlxalq Bankının əməkdaşlıq çərçivəsində Enterprise Azerbaijan portalının həyata keçirdiyi “Kraudfandinqə Qoşul” müsabiqəsinin seçim mərhələsi və bundan irəli gələn digər məsələlər növbəti məlumat verilənədək təxirə salınıb.

 

TED.az xəbər verir ki, bu haqda Enterprise Azerbaijan portalı məlumat yayıb. 

 

Qeyd edilib ki, bu addım COVID-19 pandemiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə aparılan tədbirlərə – Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərar və tələblərinin icrasına əsaslanaraq atılıb. 


O da vurğulanıb ki, startapçılar ölkədaxili karantin tədbirlərinə dəstək olmaq məqsədilə Operativ Qərargahın müəyyən etdiyi karantin və özünütəcrid qaydalarına riayət etməyə, səfərlərdən çəkinməyə, distant fəaliyyət göstərməyə çağırılır.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox