AZ

Ehtiyacı olan və yardım göstərmək istəyənlər üçün sosial portal yaradılır

 

74607b8eb686bd4dfabb1669201ebc7a.jpg
06.04.2020 18:27

Koronavirus infeksiyasına qarşı Azərbaycanda dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi xüsusi rejim dövründə aztəminatlı ailələrə sosial yardım göstərmək istəyən şəxsləri vahid virtual məkanda birləşdirən portal yaradır.  


TED.az xəbər verir ki, hər bir aztəminatlı şəxs, eləcə də yardım göstərərək bu layihədə iştirak etmək istəyən hüquqi və ya fiziki şəxslər portalda qeydiyyatdan keçdikdən sonra onların əlaqələndirilməsi, müvafiq yardımların göstərilməsi təmin ediləcək. 


Layihənin məqsədi dövlət tərəfindən həyata keçirilən sosial siyasətə dəstək göstərmək, köməyə ehtiyacı olan insanlara yardım etmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir.


Daxil olan müraciətlər RİİB tərəfindən araşdırılacaq, ərzaq sovqatları hazırlanacaq və onların qısa müddətdə ehtiyacı olan şəxslərə çatdırılması təmin ediləcək. Portalda daxil olan müraciətlər, göstərilən yardımlar barədə məlumatlar mütəmadi öz əksini tapacaq. 

 

Qeyd edək ki, ərzaq ehtiyacı olan aztəminatlı insanlar və onlara yardım etmək imkanı olan şəxslər portala onlayn qaydada, eləcə də RİİB-in “150” Çağrı Mərkəzinə zəng etməklə müraciət edə bilər.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox