AZ

Aptekonline.az xidməti artıq 2225 sifarişi yerinə yetirib 

 

6f9e543545d0debdc138ae8adbd22717.jpg
06.04.2020 18:44

Aptekonline.az xidməti artıq 2225 sifarişi uğurla yerinə yetirib və ünvanlara çatdırıb.


TED.az xəbər verir ki, istifadəyə verilməsindən 1 həftə vaxt keçsə də, aptekonline.az bu çətin zamanda artıq 2897 sifarişdən 2225-ni uğurla yerinə yetirib və ünvanlara çatdırıb. 


Hər kəsin bildiyi kimi, ölkədə məlum karantin rejimi tətbiq edilir, bununla bağlı yollarda müəyyən dayanmalar və ləngimələr olur, amma aptekonline xidməti hər kəsin sağlamlığı üçün bütün sifarişləri birbaşa ünvanlara çatdırmağa çalışır.


Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün:


Mobil tətbiqdə "menyu" bölməsini açaraq "daxil ol"a klik edirsiniz. Açılan pəncərədə aşağı hissədə yer alan "qeydiyyat" bölməsini seçirsiniz. Bundan sonra göstərilən boş hissələrə məlumatlarınızı doldurursunuz.


Diqqət! Yekunda aşağıda göstərilən "istifadəçi şərtləri ilə razıyam" sözünün üzərinə vuraraq istifadəçi şərtlərini oxuyursunuz. Qoyulan şərtlər ilə razı olduğunuz halda müvafiq bölməni işarələyirsiniz.


Ən sonda "Qeydiyyat" düyməsinin üzərinə klik edirsiniz. Bu zaman daxil etdiyiniz mobil nömrəyə 4 rəqəmli təsdiq kodu sms vasitəsilə göndəriləcək. Həmin təsdiq kodunu tətbiqdə müvafiq açılan bölməyə daxil edirs və təsdiq düyməsinə klikləyirsiniz.


Göstərilən addımların hər birini düzgün şəkildə icra etdiyiniz halda qeydiyyat mərhələsini uğurla tamamlanmış olursunuz.


Tətbiqi BURADAN yükləyə bilərsiniz: 


Sayt: aptekonline.az


Feysbuk: aptekonline.az


Instagram: aptekonlineaz

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox